Rusiyalı müğənni başını bağladı

Rusiyalı müğənni başını bağladı

Əri İqor Sivovdan bir müddət əvvəl boşanan Rusiyanın pop ulduzu Nyuşa (Anna Vladimirovna Şuroçkina) uşaqları ilə birgə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tətilə yollanıb.

OLAY yazır ki, Abu – Dabidə istirahət edən 34 yaşlı sənətçi övladları ilə birgə minlərlə turistin axın etdiyi məşhur Şeyx Zayed məscidini ziyarət edib.

Həmin anları Nyuşa instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. Diqqət çəkən məqam isə ifaçının hamı kimi məsciddə başını yaylıqla örtməsi olub.

Nəzərinizə çatdıraq ki, Nyuşanın övladları Birləşmiş Ərəb Əmirliklərində təhsil alır. 

Qeyd edək ki, iyulun əvvəlində məhkəmə Nyuşa və 44 yaşlı İqor Sivova barışmaq üçün bir ay vaxt verib, lakin sonra hər ikisi məhkəməyə ailəni xilas etməyəcəklərini bildiriblər. İyulun 15-də baş tutan növbəti görüşdə uşaqların - beş yaşlı Serafima-Simba və dörd yaşlı Saffronun kiminlə yaşayacağı məsələsinə qərar verilib. Ər-arvad arasında avqustun ortalarında həll edilməli olan mübahisələr olub. Şayiələrə görə, uşaqlar Dubayda atalarının yanında qalıblar.

Xatırladaq ki, Nyusha və İqor Sivov 2013-cü ildə görüşməyə başladılar, o zaman iş adamı evli olub. 2017-ci ildə, Sivov boşandıqdan sonra Nyuşa ilə ailə qurub. Bir il sonra onların qızı Serafima-Simba, 2021-ci ildə isə oğlu Saffron dünyaya gəlib. Nyuşa oğluna hamilə olanda İqor Sivov ona başqa qadınla xəyanət edib.