Asya süni-tənəffüs aparatına qoşuldu - FOTO

Asya süni-tənəffüs aparatına qoşuldu - FOTO

İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın (AsyaFuad) son vəziyyəti açıqlanıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, blogerin vəziyyətinin pisləşib və o süni-tənəffüs aparatına qoşulub.Bu barədə bloger Ramal İsayev məlumat verib: "Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar".

Xatırladaq ki, dekabrın 16-da Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeksiya keçib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun