Aparıcı Vüsalə Əlizadə atasından danışarkən kövrəlib.
Milli.Az xəbər verir ki, proqramı zamanı müğənni Cin ata haqqında mahnı ifa edib. Həmin vaxt Vüsalə göz yaşlarını saxlaya bilməyib.
"Atam tək-tük insanlardan olub ki, onunla doya-doya dərdləşmişəm. Qızlarının hər birinə elə olub. Toya gedəndə qızları ilə ayrı-ayrı rəqs edərdi. Xəyalımda onunla rəqsini, doğum gününü xatırladım" deyə, aparıcı göz yaşlarını saxlaya bilməyib. (Axşam.az)
Milli.Az
















