“Bu tarix həyata ikinci dəfə bağlandığım gündür”

“Bu tarix həyata ikinci dəfə bağlandığım gündür”

“Sentyabrın səkkizi mənim ücün cox özəl və gözəl gündür. O gün mənim həyatıma Allahımın ən böyük hədiyyəsi, mələk ruhlu, nurlu işıq gəlib və məni həyata baqlayıb. Allahım Gülərimi hər saniyə qorusun. Amin!” 

OLAY yazır ki, bu sözləri Xalq artisti Məleykə Əsədova yeganə qızı Gülərin doğum günü ilə bağlı instaqram səhifəsində paylaşdığı postda yazıb.

Övladının 19 yaşı tamam olması münasibəti ilə sənətçi paytaxt restoranların birində ailə üzvlərinin və yaxınlarının iştirakı ilə kiçik məclis keçirib.

Qızının ad günü tortunu kəsərkən çəkilən videosunu izləyiciləri ilə bölüşən 58 yaşlı Əsədova ona olan arzularını bu sözlərlə dilə gətirib:

“Allah mənə qızımın xoş günlərini görməyi qismət etsin. Sağlamlıq, ağıl və şans Gülərimi ömür boyu tərk etməsin! Həyat cox gözəldir. Həyatın işıqlı yolları sənin üzərində bərq vursun. İşıqlı yollarla yürü qızım. Mən ananda baxıb sevinsin. Allahıma sonsuz şükür və təşəkkür edirəm. Sentyabrın səkkizi mənim həyata ikinci dəfə bağlandığım gündür. Bir daha doğum günün mübarək mənim ağıllı qızım. Allah məni sevənində, sevmiyənində övladını qorusun. Övlada bolluca sevgi, diqqət və qayqı göstərək”.