Aparıcı Elgiz Əkbər efirdə hicab mövzusuna toxunaraq azyaşlı uşaqların başının örtülməsi məsələsi ilə bağlı fikirlərini bölüşüb.
Milli.Az xəbər verir ki, o, 6-7 yaşlı uşaqların hicab taxmasına ehtiyac olmadığını düşündüyünü bildirib. Aparıcı dini biliklərə sahib olmaqla dini qayda və qanunları fərqləndirməyin vacibliyini vurğulayıb.
"6-7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var ki? Bunu anlamıram. Din bilgilərinə sahib olmaq ayrı, dinin qayda-qanunları ayrı şeydir. Allahın qulu və sevimlisi olmaq başqa şeydir. Mən bir nəfərə müraciət etdim ki, siz Quran bilicisiniz, araşdırın, orada qeyd olunub ki, uşaqların məcburi şəkildə başları bağlanmalıdır? O mənə cavab verdi ki, dinimizdə belə bir əmr və ya hədis yoxdur", - deyə Elgiz Əkbər bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















