Vəfat edən qardaşının əkizlərinə ad günü etdi - VİDEO

Vəfat edən qardaşının əkizlərinə ad günü etdi - VİDEO

Müğənni Xatun Əliyeva mərhum qardaşı Balaşın əkizlərinə ad günü edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Zəhra və Firəngizin 7 yaşı tamam olduğunu vurğulayıb.

"2017-ci ildə yaradandan ailəmizə verilən ən şirin nemətlərim, Zəhra və Firəngizimin 7 yaşı olur. Ad gününüz mübarək, can parçalarım. Həm də bu il məktəbə gedirlər. Yaradan bütün balaları qorusun, Zəhramla Firəngizim də onların içində. Sağlıq, uzun ömür,  bolluq, bərəkət, uğur sizinlə olsun, gözəl qızlarım. Kaş atanız da yanınızda olardı, amma bilirəm ki, ruhu bizimlədir. Həyat, nə etmək olar. Allah Balaşı bizdən tez alıb apardı. Ruhun şad olsun, Balaşım".

Qeyd edək ki, Balaş beyin xərçəngindən vəfat edib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun