"İnsanlar pul qazanmağı çox ucuzlaşdırıblar. Kimə nə söz deyirsən, deyir "pul qazanıram".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Şou xəbər" verilişinə müsahibəsində deyib.
O, sənət yoldaşlarından gileylənib:
"Mən pul qazanıram deyə Aəzrbaycan musiqisini korlaya bilmərəm. Mənim Azərbaycan musiqisini korlamağa ixtiyarım yoxdur. Heç kim bunu edə bilməz. Nə var nə var sən pul qazanacaqsan, mənim də balamın zövqü korlanacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun