Müğənni Afət Fərmanqızı şəxsi həyatından danışıb.
Milli.Az xəbər verir ki, o, "Nigar xanım" verilişində ayrıldığı həyat yoldaşı barədə suala cavab verib. Sənətçi aralarında soyuq rüzgarlar əsən əri ilə barışmaq istəmədiyini etiraf edib.
Hələ də rəsmi nikahlarının olduğunu bildirən Fərmanqızı qarşı tərəfin hərəkətindən peşman olduğunu bildirib.
Xatırladaq ki, müğənni bir müddət əvvəl telekanalların birinin verilişində yaşanan olaya görə həyat yoldaşının evliliklərini bitirmə qərarını verdiyini açıqlamışdı. Buna səbəb isə onun keçmiş ərinin fotosunun efirdə nümayiş etdirilməsi olub.
Hüseyn
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun