2017-ci ildə həmkarı İsmail Dəmirçi ilə ailə həyatı quran və 2022-ci ildə ilk körpəsini dünyaya gətirən aktrisa Hande Soral onlayn alış-verişdə çox nadir hadisə yaşayıb.
Milli.Az news24.az-a istinadən xəbər verir ki, dünyaca məşhur geyim mağazasında alış-veriş edən aktrisa bağlamanın içərisindən qızıl üzük tapıb.
Üzüyü görəndə çox təəccüblənən oyunçu, X hesabından üzüyün sahibini tapmaq üçün hərəkətə keçib.
Aktrisa paylaşımında "Verdiyim onlayn sifariş paketində qızıl üzük tapıldı, məncə qablaşdırmada işləyən şəxsindir. Ümid edirəm ki, üzüyü itirən şəxsə çata bilərik. Üzüyün təfərrüatlarını yazan şəxslə əlaqə saxlayacağıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun