"Peşamanam, çəkişməsən bərkişməzsən. Geridə qalan hadisələrdir. Bu hadisələr olmalı imiş, oldu. Sonda bir-birimizi başa düşdük. O da, mən də başa düşdük ki, biz pis insan deyilik. Aramızda nə baş verdiyini unutmuşam. Bəlkə birinci mən sancmışam. Məndə hərdən olur... Etdiyimiz cavanlıq səhvləri idi".
- "Sənlə böyüdüm sənlə uşaqlaşdım" - VİDEO
- Milyonçunun azərbaycanlı xanımı "Xalq artisti" adı aldı
- Xalq artisti ağ geyimi ilə gündəmdə - VİDEO
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Xəzər axşamı" verilişində deyib. O, Xalq artisti Faiq Ağayevlə yaşadığı qalmaqaldan danışıb. Nadir bildirib ki, Ağayevlə yaşadığı qalmaqala görə peşman olub.
F.Ağayev isə Nadirlə bağlı heç yerdə danışmadığı xatirəsini bölüşüb:
"Dəfələrcən deyib ki, peşmanam baş verənlərə görə. Heç vaxt danışmadığım tarixi deyim. O vaxt mənimlə toylarda Rühəngiz Allahverdiyeva oxuyurdu. O, yenilik xəstəsidir. Bir gün dedi ki, cavan oğlan var, gəl onu daxil edək qrupumuza. Həmin ərəfə kaset dövrü idi. Mədəni bir oğlan gəldi. Toy ərzində də dayanmadan mənə qulluq da edirdi. Yarım saat oxudu, pulunu verdim. Nadirin heç televiziya fəaliyyəti başlamamışdı, Rühəngiz xanımın sayəsində tanıdım. Dedim ki, bunun gələcəyi var".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun