Azər Aydəmir Arzu Əliyeva ilə görüşdü

Azər Aydəmir Arzu Əliyeva ilə görüşdü

Aktyor Azər Aydəmir Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilə görüşüb.

OLAY yazır ki, bununla bağlı Azər instaqramda paylaşım edib.

“Artıq bir neçə həftədir ki, Bakıda və Hadrutda rejissor Orman Əliyevin “Borc” filminin çəkilişləri başlayıb. Bu filmin 44 günlük vətən müharibəsi haqqında çəkilən xüsusi yanaşmalı bir film olacağı şübhəsizdir. Bu gün çəkiliş meydançasına filmin baş prodüseri Arzu Əliyeva gəlmişdi. Bu da filmə xüsusi diqqətin olmasının göstəricisidir. Mən də rollardan birinin ifaçısı kimi  filmoqrafiyamı sevənləri məyus etməyəcəyimə əminəm”, - deyə, Azər bildirib.