“Mən artıq milyonçuyam”

“Mən artıq milyonçuyam”

Şair və qiraətçi Nazilə Səfərli sevincini izləyiciləri ilə bölüşüb.

Milli.Az xəbər verir ki, o, "İnstaqram" hesabındakı izləyicilərinin 1 milyona çatması barədə paylaşım edib. 

"Mən artıq milyonçuyam. İzləyən hər kəsə çox təşəkkür edirəm. Sizin etimadınızı doğrultmağa çalışacağam. Səhifəmi ziyarət edən 9 milyon insana da təşəkkür edirəm. Bir ölkə dolusu insanın marağına səbəb olmaq qürurvericidir".

Musa
Milli.Az