“Teleqram”ın sahibi Pavel Durov sözügedən sosial şəbəkə platforması ilə bağlı yeniliklərin tədbiq edəcəyi ilə bağlı açıqlama verib.
OLAY yazır ki, dəyişikliklər xidmət şərtlərinə və məxfilik siyasətinə təsir edəcək.
“Bu tədbirlər cinayətkarların qarşısını almalıdır. “Telegram”da axtarış qeyri-qanuni məhsulları tanıtmaq üçün deyil, dostlar və xəbərlər tapmaq üçün nəzərdə tutulub. Təcavüzkarların bir milyarda yaxın istifadəçi üçün platformamızın bütövlüyünü pozmasına icazə verməyəcəyik. Qaydalarımızı pozanların “İP” ünvanları və telefon nömrələri ağlabatan hüquqi sorğulara cavab olaraq müvafiq orqanlara açıqlana bilər”, – deyə “Telegram”ın sahibi bildirib.