“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma...”

“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma...”

"Biz o vaxt toylara gedəndə ayağımızın altında qurban kəsirdilər. Toya müqəddəs yanaşırdılar. Bakının bütün kəndlərində qadın toylarında hörmətlə, izzətlə qarşılanırdım. Hərənin öz havası, əl qaldırıb oynadığı rəqsi var idi. İndi toy sözü də, toyun özü də ucuzlaşıb. Toyu niyə hörmətsiz edirsiz? Kim efirə çıxırsa toydan danışır. Hamı da toya gedir. O vaxt toyxana oxuyanı ayrı idi, səhnə oxuyanı ayrı. Ara müğənniləri efirə çıxmazdılar. Qadağalar, senzuralar var idi. İndi oxumaq da, ifa etmək də asanlaşıb. Mahnılar 3 notun üzərində yazılır, ritmlər eynidir. Saat 9-da artıq toydan getmək istəyirsən"

  • Azərbaycanlı model paylaşımı ilə diqqət çəkdi - VİDEO 
  • Xalq artisti 42 il əvvəl - FOTOlar
  • Məşhur repçi özünü biabır etdi - Arvadım hamiləykən... - FOTO

Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.
O daha sonra əlavə edib.
 
"İndikilər sənətə gələn kimi hər şey əldə edirlər. Efirlərdə ona hədiyyə gəlir, buna ev verilir, birinə maşın verilir. Nə bilim vallah, Allah hər kəsin özünə qismət etsin. Vallah mənə hələ bir çöp də verən olmayıb. Əziyyətlə, əzabla, gecə-gündüz toylarda ifa edərək hər şeyə nail olmuşam. Mənim indi elə yaşımdır ki, xalq artisti olmalıyam. İnsana, sənətkara vaxtında qiymət vermək lazımdır. 55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram. Ömrümün sonuna qədər toya, məclisə gedə bilməyəcəm ki. Mənim də hamı kimi problemlərim, ehtiyaclarım var. Axı bu mənim haqqımdır. Ümid edirəm ki, tez bir zamanda buna diqqət edərlər" deyə sənətkar bildirib.
Sənətkar bildirib ki, müğənnilərin çoxu saxtakardır.
 
"O vaxt dəb idi müğənnilər kiminsə evində çəkiliş edirdilər. Hamı da deyirdi ki, filankəsin nə gözəl ev-eşiyi, bağı var. Dünya malı ilə çox fəxr edirlər, amma bilsinlər ki, bu səninki deyil. Müğənni var ki, heç evi yoxdur. Şəhərdə bahalı maşınla gəzir, krediti var, amma maşın da kreditə götürür ki, özünü göstərsin" deyə o bildirib.
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun