"Mikrofonu Tatlısəsə uzatdım, mənimlə oxumadı ,elə günə qoymuşdular..." - VİDEO

"Mikrofonu Tatlısəsə uzatdım, mənimlə oxumadı ,elə günə qoymuşdular..." - VİDEO

Xalq artisti Alim Qasımov "İzzət şou"nun qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndə türkiyəli müğənni İbrahim Ttalısəslə bağlı xatirsəni bölüşüb:

"Allah İbrahim Tatlısəsə şəfa versin. Amma bir dəfə onun məclisində məni dəvət etmişdilər. Bir dəfə oxudum. Bilirəm ki, Tatlısəs də bunu oxuyur. "Çərşənbə günündə, çeşmə başında..." zümzümə edib, mikrafonu ona verdim. Mikarfona da elə gözəl səs vermişdilər. Dedim ki, onunla birgə oxuyum. Mənimlə oxumadı. Sonra ikinci dəfə mənə söz verdilər. O mikrafonu elə günə qoymuşdular. Oxumaq qalsın, danışmaq da olmurdu. Allah şəfa versin. Nəysə. Bütün qeybətləri etdim burada, Allah qeybətə yazmasın.

Bir dəfə də, cavan uşaq idim. Məclisə getmişdim. Bir dənə də böyük, tanınmış oxuyan gəlmişdi. Onun xəbəri olmadan mikarfonunu mənə verdilər. Ağzımı açan kimi, ömrümdə də yaxşı mikrafonla oxumamışam, uçuram. Gördüm oxuyan məni görən kimi mikrafonu çəkdi. Bir şey ki, Allahdan verilib, onun qabağını ala bilməzsən".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun