“Bakı Kristal Zalı”na yeni rəhbər!

“Bakı Kristal Zalı”na yeni rəhbər!

Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-nin rəhbəri dəyişilib.

OLAY banker.az-a istinadən yazır ki, Bahar Dadaşova Ağaverdi qızı “Bakı Kristal Zalı” MMC-nin baş direktoru təyin edilib.

O bu vəzifədə Natiq İbrahimov Valeri oğlunu əvəz edib.

Qeyd edək ki, “Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manatdır. Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə “Bakı Kristal Zalı” Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.