Adel kar olub

Adel kar olub

Dünyaca məşhur ulduz Adel səhhətində problem yaranıb.

OLAY yazır ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.

Adel bildirib ki, qeyri-adi xəstəlik səbəbindən eşitmə problemi yaşayır.

36 yaşlı ulduz, hətta doğuş sancılarını da üstələyən ağrılar yaşadığını etiraf edib. 

Adel nadir bir su bakteriyasına yoluxduğunu və onu müalicə etmək üçün antibiotiklərdən istifadə etdiyini bildirib. 

“Mən əvvəllər belə bir şey yaşamamışam. Dəhşətli ağrılı idi, hətta doğuşdan da pis idi. İndi Allaha şükür, hər şey qaydasındadır, amma sol qulağımda bir az karlıq var” , - deyə Adel vurğulayıb.