“Yumurtanın birini mənə min dollara satdı“ - VİDEO

“Yumurtanın birini mənə min dollara satdı“ - VİDEO

""Kişi" deyilən bir söz var. Sonradan kişi olmur. Anadan doğulanda kişisənsə kişisən amma sonradan... Bu gün baxıram ki, cəmiyyətdə pulun olsun, kişilikdən xəbərin olmasın hamı sənin yanında olur. Əksəriyyəti belədir. Məni heç kim pulla təəccübləndirə bilməz. Amma məni quru bir söz və ya bir fincan çayla hər şeyimi əlimdən almaq mümkündür".

Milli.Az bildirir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu "Günü bu gün" verilişində deyib.

Sənətçi proqramda bildirib ki, dəfələrlə əl tutduğu insanlar onu aldadıb:

"Görərəm ki, məni çox istəyir və diqqət ayırır. Bir sözlə insanlığı ilə... Elə belə də olub. O qədər rayondan bir və ya iki dəfə yanıma gəlib, 10 ədəd yumurta, 2 ədəd çolpa gətirib sonrada deyib ki, mənə 2-3 min pul ver. Görmüşəm ki, yumurtanın birini mənə min dollara satdı və qaçdı getdi. Aldanmışam... Kasıbın 10 ədəd yumurtası mənim üçün milyona bərabərdir. O ki məni düşünüb və bunları gətirib... Belə bir şeylər cəmiyyətdə çoxdur. Baxıb görürəm ki, kişilikdən xəbəri yoxdur amma pulu var. Ətrafına o adamları da pulunu görə yığıb. Pulu olmasa heç kim yanında olmayacaq. Amma bu şeylərin mənə dəxlisi yoxdur".

(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-671f60b42eeea');

Milli.Az