"Ailə həyatı tək ayaq yumaqdan ibarət deyil. Bəli, əgər həyat yoldaşım xəstədirsə və ayağını yuya, corabını geyinə bilmirsə ona yardım etməlisən. Amma ailədə xanımlıq tək corab geyindirməkdən ibarət deyil".
Milli.Az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
Sənətçi bildirib ki, uşaqları ondan utanmasın deyə ingilis dilini öyrənir:
"Savadlı övlad böyütmək, ona təhsil vermək, maarifləndirmək, dil öyrətmək lazımdır. Biz indi elə bir dövrdə yaşayırıq ki, övladlara da savadlı, nümunəvi, intellektual səviyyəsi yüksək olan valideyn lazımdır. Əgər biz övladlarımıza savad veririksə özümüzdə mütləq savad almalıyıq. Çünki sabah övladımız bizlə harasa gedəndə bizdən, nitqimizdən, danışığımızdan, hərəkətimizdən utanmamalıdır. Mən şəxsən özüm çalışıram ki, ingilis dilini öyrənim. Məktəbdə ingilis dilini yaxşı oxumamışam. Amma çalışıram ki, bu dili öyrənim çünki böyük oğlumun ingilis dilini bilmək səviyyəsi yüksəkdir" .
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-6720b22ed4a87');Milli.Az