İlhamə Quliyeva ilə bağlı telekanallara qadağa

İlhamə Quliyeva ilə bağlı telekanallara qadağa

"Mən tələb edirəm, bundan sonra İlhamə Quliyevanın neqativ söhbətlərini efirlərdən yığışdırsınlar" .

Milli.Az xəbər verr ki, bu sözləri mərhum xalq artistinin bacısı Gülbahar Quliyeva  "Tarixin bir günü" verilişində deyib.

O, televiziya kanallarına rəsmi şəkildə müraciət ünvanlayacağını söyləyib:

"Bacım İlhamə Quliyeva çox böyük sənətkar olub. Onun özündən sonra qoyub getdiyi çox böyük sənəti var. İlhamə xanımın sənətindən danışırlar, nə xoş bizə. Onun üçün yaradıcılıq gecələri edirlər. Lap yaxşı... Amma sonradan efirlərdə bacım haqqında səviyyəsiz söhbətlər edirlər. Mən tələb edirəm, bundan sonra İlhamə Quliyevanın neqativ söhbətlərini efirlərdən yığışdırsınlar. Sənətindən, gözəlliyindən danışsınlar... O gözəllikdə bir sənətkar dünyasını dəyişdi. İlhamə xanımın xasiyyəti çox gözəl idi. Kini yox idi, sərt idi... O bilirdi kimə sərt olmaq lazımdır. Rəhmətə gedib, o, artıq yoxdur. Ölünün arxasınca danışmaq günahdır. Mənim vəkilim var. Mən rəsmi qaydada məhkəməyə müraciət edəcəyəm. Mən tələb edirəm heç bir televiziya kanalı İlhamə xanımı müzakirəyə qoymasın. Mən qadağa qoyuram və bununla bağlı rəsmi müraciət hazırlanır".

Milli.Az