“Doya-doya” ilə ilk solo konsert: Gülay səhnədə

“Doya-doya” ilə ilk solo konsert: Gülay səhnədə

Tanınmış müğənni Gülay ilk solo konsert proqramına hazırlaşır.

OLAY yazır ki, 24 aprel tarixində ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında baş tutacaq konsert ifaçının sevilən mahnılarından biri olan “Doya-doya” adını daşıyır.

“Peşəkar heyət, fərqli repertuar və ən əsası böyük sevgi ilə qarşınıza çıxmaq üçün səbirsizlənirəm. O gecə sizin sevdiyiniz mahnıları bərabər oxuyacağıq. Çox həyəcanlı və sevincliyəm”, – deyə Gülay fikirlərini bölüşüb.

Biletləri iticket.az saytından və ya şəhərin kassalarından əldə edə bilərsiniz.