Əməkdar artist Ağalar Bayramov ATV-nin efirində maraqlı bir hadisəni tamaşaçılarla bölüşüb.
Milli.Az xəbər verir ki, Əməkdar artist 1979-cu ildə Kubaya gedərkən təyyarədə yol yoldaşı olan Odessalı şair Oleksandr Koçetkovun ona danışdığı əhvalatı efirdən danışıb:
"Burdan uçduq Bakı-Moskva, Moskva-Lissabon və oradan da 11 saat Kubanın paytaxtı Havanaya yola düşdük. Yolda danışdı ki, "1964-cü il idi. Mən Yazıçılar Birliyi ilə birgə qatarla səfərə getməli idim, övladımız da yox idi. Birdən yoldaşım Nataliya vağzalda mənə dedi ki, Saşa getmə". Elə bil dilim-ağzım qurudu, bileti qaytardım. Gəldik evə söhbət etdik, şampan içdik. Amma səhərisi, - mətbəxdə adətən çayı mən dəmləyirdim, - bir də gördüm "Mayak" radiosu nə desə yaxşıdır: "Dünən Odessa-Moskva qatarı qəzaya uğrayıb. 321 nəfər həlak olub, 569 nəfər isə yaralanıb, itkin düşənlər də var". O am çaynik əlimdən yerə düşdü. Gəldim yoldaşımın üzündən yorğanı qaldırdım, gözlərindən öpdüm ki, sən hardan bildin bu qatar qəzaya uğrayacaq".
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-67711db05dc09');Koçetkov bu hadisə ilə bağğlı ballada da yazmışdı. Son kəlməsi yadımdadır: "Bir əsrlik vidalaşın, getsəniz də bircə anlıq". Çünki hər saniyənin, hər anın öz hökmü var". /Titul.az
Milli.Az