Məşhur aktrisa Meltem Miraloğlunun 80 yaşlı amerikalı əri Patrik Qredi dünyasını dəyişib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, aktrisa illər əvvəl ABŞ-a köçmüş və burada 2019-cu ildə Patrik ilə ailə həyatı qurmuşdu.
Səs sənətçisi və yazıçı Onur Akay Meltem Miraloğlunun həyat yoldaşının ölümünü və mirasla bağlı şok edici detalları açıqlayıb.
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-67af1434671b0');Məlumata görə, Patrik Qredi ölümündən əvvəl vəsiyyətini hazırlayaraq Meltemi mirasından imtina edib. Bu məlumat bir çox insanı təəccübləndirib, çünki Meltem Miraloğlu ABŞ-da vətəndaşlıq məsələləri ilə bağlı bəzi çətinliklərlə qarşılaşıb.
Xatırladaq ki, Meltem Miraloğlu "Hayat Devam Ediyor" serialında uşaq gəlin Həyat obrazını canlandırıb.
Fidan
Milli.Az