“Arıqlamağa başlamışam. Proses gedəcək... Görək, arıqlaya biləcəyəm? Məndə heç zaman bununla bağlı kompleks olmayıb. Düşünürəm ki, qadın maraqlı olmalıdır. Amma bəzən əndazəni keçəndə “stop” deyib, nələrsə etmək lazımdır”.
OLAY yazır ki, bu sözləri aparıcı Aytən Səfərova instaqram səhifəsində yayımladığı videoda deyib.
Televiziya ulduzu bildirib ki, onun çəki alması səhhətində yaranan problemlərlə əlaqədardı:
“Bu günə qədər bu məsələ ilə bağlı açıqlama verməmişdim. Mənim çəki almağım səhhətimdə olan problemlərlə bağlı idi. İndi artıq çəkim səhhətimdə başqa problemlərə səbəb olur deyə çalışıram buna bir əncam çəkim”.