Paşa Texnik kimi tanınan rusiyalı reper Pavel İvlev Tailandda tətildə olarkən dünyasını dəyişib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, narkotikdən zəhərlənən 40 yaşlı reper martın 27-də reanimasiyaya yerləşdirilib. Elə həmin gün o, süni komaya salınıb və tənəffüs aparatına qoşulub.
O, aprelin 5-də bakterial pnevmoniya, bunun nəticəsində yaranan septik şok və ya digər mənbələrə görə çoxlu orqan çatışmazlığı səbəbindən vəfat edib.
Milli.Az