Əməkdar artist Könül Kərimova açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “Gün ortası” verilişində qonaq olan sənətçi başına gələn maraqlı hadisədən danışıb.
“Hansı verilişə getdimsə, qəhərləndim, gözümün yaşını saxlaya bilmədim. Hər verilişdən çıxandan sonra mənə nə qədər zənglər gəldi, toya dəvət etdilər. Belə qaldım ki, bu, nə deməkdir? Heç xoşuma gəlmədi. Gözəl ifalarımızdan sonra bizi dəvət edin, deyin ki, nə gözəl, nə yaxşı…”, - deyə, Kərimova bildirib.