“Fonoqram oxuyursansa, danışıqla ayıbını örtməyə çalışırsan”

“Fonoqram oxuyursansa, danışıqla ayıbını örtməyə çalışırsan”

Şairə və qiraətçi Nazilə Səfərli fonoqram oxuyan müğənniləri tənqid edib.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Gün ortası” verilişində danışıb.

N.Səfərli fikirlərini bu şəkildə nəql edib:

“Efirdə dır-dır ötənlər var, mənalı, mənasız, yerini bilməyənlər canlı oxusalar danışmağa halları qalmaz. Cansız oxuyursunuz deyə, bu qədər danışırsınız. Efirdə yerli-yersiz, lazım gəldi-gəlmədi danışıb, sözü hörmətdən salmaqdansa oxumaq gözəldir. Əgər həqiqətən də canlı oxuyursansa boş-boş danışmağa heyin qalmır. Fonoqram oxuyursansa danışıqla ayıbını örtməyə çalışırsan”.