““Keşlə”dəki küçələri gəzməyə qorxurduq”

““Keşlə”dəki küçələri gəzməyə qorxurduq”

“Bu şəhərdə” yumoristik estrada teatrının üzvü, Əməkdar artist Rafael İnsgəndərov yaşadığı “Keşlə” qəsəbəsindən söz açıb.

OLAY yazır ki, bu haqda aktyor “Bakı gündəliyi” verilişinə müsahibəsində danışıb. 

Rafael bildirib ki, yaşadığı “Keşlə” qəsəbəsi buraya gələnlərdə vahimə yaradıb: 

“İndi də qaranlıq vaxtı “Keşlə”nin küçələrindən keçməyə heç kim risk eləmir. Burada çoxlu mübahisələr olurdu. Hələ indi bu söhbətlər biraz səngiyib. Əvvəllər burada vəziyyət başqa idi. “Keşlə”yə 30 və 35 nömrəli avtobuslar Səməd Vurğun parkından gəlir. Axşam saat 20:00-dan sonra taksi sürücülərinə yalvarırdın ki, səni bura gətirsinlər. Çünki onlar “Keşlə”yə gəlməyə qorxurdurlar. Onlar gətirsələr də deyirdilər ki, kəndin içinə girməyəcəyəm, fırlanıb çıxıb gedəcəyəm. Ailə olurdusa səni aparırdılar amma tək adamı aparmağa qorxurdurlar. Baxmayaraq ki, “Keşlə” gəliş-gedişli yer olub, amma bu küçələrdə gəzməyə qorxurduq”.