Silvestr Stallonenin canlandırdığı əfsanəvi “Rembo”nu dünyaya bəxş edən rejissor Ted Kotçeff dünyasını dəyişib.
OLAY yazır ki, dahi kinorejissor cümə axşamı 94 yaşında vəfat edib.
Bu məlumatı sənətçinin ailəsi Kanadanın “The Globe and Mail” nəşrinə təsdiqləyib.
Qeyd edək ki, Kotçeff 7 aprel 1931-ci ildə Torontoda bolqar mühacirlərinin ailəsində anadan olub. Uşaqlıqdan musiqi təhsili alıb və Toronto Universitetinin ingilis ədəbiyyatı fakültəsini bitirib, lakin həyatını kino ilə bağlayıb. Karyerasına Kanada televiziyasında başlamış, daha sonra Britaniya və Avstraliya filmlərində çalışmışdır. Ted sənət fəaliyyəti boyunca bir çox film mükafatlarına layiq görülüb.