"İmkan daxilində yeni ailələrin ayrı yaşaması daha yaxşı olar. Belə olduqda, həyatın qədrini daha yaxşı bilərlər, bir az da çətinliklərə alışarlar. Yoxsa evdə valideynlər olanda istər-istəməz dəstək olurlar".
Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar mədəniyyət işçisi, aşıq Zülfiyyə İbadova "Qonaqcanlı" verilişində deyib. O, gəlinlərin gəldikləri ailəyə uyğunlaşmalı olduğunu bildirib:
"Gəlinim 5 il bizimlə bir yerdə yaşadı. Çünki bizim ailənin də özünəməxsus qaydaları var idi. Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı. Bizdə vəziyyət bu cürdürsə, gəlin də istər-istəməz buna alışmalıdır. Gəldiyi mühitə, yerə uyğunlaşmalıdır.
Gəlinimdən çox razıyam. Həmişə də deyirəm ki, Allah bütün ailələrə mənim gəlinim kimi birini qismət etsin".
Qeyd edək ki, sənətçinin övladı Babəkin bu evlilikdən 2 övladı var. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















