Nüşabənin bu sözləri Günayı qıcıqlandırdı!

Nüşabənin bu sözləri Günayı qıcıqlandırdı!

Əməkdar artist Nüşabə Ələsgərlinin sözləri aparıcı Günay Baxşəliyevanı qıcıqlandırıb. 

OLAY yazır ki, buna səbəb sənətçinin qonaq olduğu “Zaurla Günaydın” verilişində aparıcıya həyat yoldaşı Zaur Baxşəliyeva ilə bağlı dilə gətirdiyi “Bəxtəvər başına quymaq bişirən kişin (ərini nəzərdə turur – red.) var” ifadələri olub.

N.Ələsgərlinin bu sözlərinə G.Baxşəliyeva etiraz edib.

““Bəxtəvər” sözündən heç xoşum gəlmir. Nuşabə xanım inciməyin məndən amma ən acığıma gələn sözdür ki, kiməsə “bəxtəvər başına” deyəsən. O sözü heç sevmirəm. Bilirəm ki, Nüşabə xanım bu sözü yaxşı niyyətlə dedi. Mən “xoşbəxtlik” sözünü sevirəm. “Səni bəxtəvər olasan” duanı da heç sevmirəm”.

Aparıcının bu sözləri ilə Əməkdar artist “Əslində Günay düz deyir. Ananın övladına belə gözü dəyə bilər. İstəyərək deyə bilərəm amma ona gözüm dəyər. Amma mən bunu veriliş üçün deyirdim ki, hər adamın əri quymaq bişirəm bilmir” cavabını verib.  

Onların bu söhbəti verilişin digər aparıcısı Zaur Baxşəliyev (Günay Baxşəliyevanın həyat yoldaşı – red.) müdaxilə edərək ““Bəxtəvərsən” sözünü insanlar o qədər qara niyyətlə istifadə ediblər ki, bəlkə də buna görə Günayın xoşuna gəlmir” fikirlərini səsləndirib.