“Həkim kim” serialı və ““Oz”a qayıdış” filmindəki rolu ilə tanınan britaniyalı aktrisa Jan Marş 90 yaşında vəfat edib.
OLAY yazır ki, məşhur aktrisanın ölüm xəbərini “The Hollywood Reporter” nəşri yayıb.
Cinin ölüm səbəbi, demensiyanın yaratdığı fəsadlar olub.
Marş ötən bazar günü Londondakı evində vəfat edib.
Qeyd edək ki, uzun və hadisələrlə dolu karyerası ərzində Cin bir çox film və seriallarda çəkilib. Əksər tamaşaçılar onu “Həkim kim” filmindəki Sarah Kinqdom roluna görə tanıyıb. Marş həm də Alfred Hiçkokun “Dəlilik” filmində rol alıb. Bəziləri onu Kleopatra və ““Oz”a qayıdış” filmlərindəki heyrətamiz rollarına görə xatırlayır.