Aparıcı Leyla Mustafayeva paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, televiziya ulduzu üzündə keçirdiyi kosmetoloji prosedurun videosunu yayımlayıb.
Leyla görüntülərdə bildirib ki, üzü ilə yanaşı o çənəsinə dolğu etdirib:
“Gördüyünüz kimi kosmetoloji prosedurdan sonra üzüm deşik-deşikdir. Və çənə dolğusu... Dedim ki, qonşudan qalma geri... Yeni çənəm necədir? Gözəl görünürəm? Xahiş edirəm gözəl sözlərinizi paylaşdığım bu videonun şərh bölümünə yazın”.
Lakin sosial şəbəkə əhli Mustafayevanın yeni görünüşünü bəyənməyiblər. İzləyicilər Leylanın fotoşop vasitəsi ilə çənəsini uzatdığını və aparıcının zarafat etdiyini yazıblar.