"Kaş, hörmətli, şəxsiyyətli kişinin arvadı olardım"

"Kaş, hörmətli, şəxsiyyətli kişinin arvadı olardım"

Müğənni Mətanət Əsədova maraqlı etiraf edib.

Milli.Az xəbər verir ki, sənətçi yaşadığı peşmanlıq hissindən danışıb.

Müğənniliyi seçdiyi üçün həyatdan gözlədiyini görməyən Əsədova bunları deyib:

"Kaş, müğənni yox, evdar bir xanım olardım. Çünki evdarlığı çox gözəl bilirəm. Ev yığışdırmaq, uşağa baxmaq, qucağında körpən həyat yoldaşının yolunu gözləməkdən yaxşı bu həyatda nə hiss var? Bütün günü çöldə-bayırda olmalısan ki...

(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-6810a33eda7f2');

Çıxdığım efirlərdə nə qazanmışam? Ancaq itirdiklərim olub. Heç kim mənim yerimdə olmaq istəməsin, ağılları varsa, olmasınlar. Bir qadın kimi övlad anası, hörmətli və şəxsiyyətli kişinin xanım olardım, müğənnilikdənsə. Qapıdan çölə ayağımı qoymazdım. Sənət var ki?"

Musa
Milli.Az