Əməkdar artist Vasif Məhərrəmli "Rəngarəng" verilişində qonaq olarkən sənət yoldaşı Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi sözlərə cavab verib.
Milli.Az xəbər verir ki, o, bildirib ki, yaşanan son olaydan sonra heç bir həmkarı haqqında danışmaq istəmir:
"O, sövq etdi ki, artıq heç kimin haqqında danışmayım. Daha heç kimin haqqında danışmayacağam."
Xatırladaq ki, "Rəngarəng" verilişinin əvvəlki buraxılışlarından birində qonaq olan xanəndə Tacir Şahmalıoğlu, Vasif Məhərrəmlinin onun sənətini kifayət qədər düzgün ifadə edə bilmədiyini bildirmişdi. O, efirdə bu sözləri səsləndirmişdi:
"Mən elə bir sənətkaram ki, mənim sənətimi zəif sənətçi yorumlaya bilməz, necə ki, Vasif Məhərrəmli yorumlaya bilmədi."
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-682da44224501');Sosial şəbəkələrdə və sənət camiəsində rezonans doğuran bu açıqlamadan sonra Vasif Məhərrəmlinin səssizliyini pozaraq bu mövzuda münasibət bildirməsi diqqət çəkib.
Hazırda iki sənətçi arasında münasibətlərin gərgin olduğu müşahidə edilir. Vasif Məhərrəmlinin verdiyi açıqlama isə onun bu cür polemikalardan uzaq durmaq istədiyini göstərir.
Asya
Milli.Az