Danlanın keçmiş sevgilisi başına bəla oldu - Ölümlə təhdid edir

Danlanın keçmiş sevgilisi başına bəla oldu - Ölümlə təhdid edir

Tanınmış sosial media fenomeni Danla Biliç keçmiş sevgilisi Berk Çətin tərəfindən zorakılığa və ölüm təhdidlərinə məruz qaldığını bildirib.

Milli.Az xəbər verir ki, Biliçin hüquqi mübarizəsi nəticəsində saxlanılan Çətin ilk məhkəmə iclasından cəmi 4 gün sonra sərbəst buraxılıb.

Danla Biliç sosial şəbəkələrdə paylaşdığı açıqlamasında yaşadıqlarını bu sözlərlə bölüşüb:

"Televiziyada gördüklərimi yaşayıram. İlk məhkəmə iclasımız keçirildi və o, 4 gün sonra sərbəst buraxıldı. Heç bir peşmançılığı yox idi. Əmimə zəng edib '3-4 günə qızınızın ölüm xəbərini alacaqsınız" deyib" .

Danla Biliç məhkəmənin bu qərarına sərt reaksiya göstərərək bildirib:

"Mən bu mübarizəni sonadək davam etdirəcəyəm. Təhlükədəyəm və bu insan hələ də cəzalandırılmayıb. Toplum bu məsələyə səssiz qalmamalıdır" .

Qeyd edək ki, Berk Çətin Danla Biliçin yaşadığı evə silahla daxil olub, onu təqib edib və fiziki zorakılıq tətbiq edib. Biliç son dəfə 11 aprel 2025-ci ildə İstanbulun Göktürk səmtində bir kafedə Çətin tərəfindən döyüldüyünü, KADES sisteminə müraciət edərək yardım istədiyini bildirib. Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Fidan
Milli.Az