“Saturday Night Live” şousunun keçmiş ulduzu Pit Devidson ata olmağa hazırlaşır.
OLAY yazır ki, bu barədə onun sevgilisi, model Elsi Hivit məlumat yayıb.
O, instaqramda körpənin ultrasəs görüntüsünü yayımlayaraq zarafatla belə yazıb: “Nəysə... indi hər kəs bizim sekslə məşğul olduğumuzu bilir.”
ET-yə danışan bir mənbə bildirib ki, Elsi artıq uzun müddətdir ailə qurmaq istəyirdi və bunu Pitlə reallaşdırdığı üçün xoşbəxtdir. O, həmişə ana olmaq arzusunda olub. Bu, hər ikisi üçün yeni bir həyat mərhələsidir.
Cütlük martdan bəri birlikdədir.