Reanimasiyaya yerləşdirilən bloger Asyadan İLK PAYLAŞIM - FOTO

Reanimasiyaya yerləşdirilən bloger Asyadan İLK PAYLAŞIM - FOTO

Bloger Asya Aslanovanın (AsyaFuad) səhhəti yaxşılaşıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə o özü bildirib. Asya hazırda müalicə aldığı xəstəxanadan görüntü paylaşaraq vəziyyətinin yaxşı olduğunu bildirib:

"Çox şükür. Mən yaxşıyam. Sevginizlə məni çox kövrəltdiniz. Hər biriniz çox sevirəm".

Xatırladaq ki, dekabrın 16-da Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeksiya keçib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun