Mehriban Əliyevadan Arif Babayevlə bağlı paylaşım

Mehriban Əliyevadan Arif Babayevlə bağlı paylaşım

Birinci Vitse-prezident Mehriban Əliyeva bu gün vəfat edən Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib.

OLAY yazır ki, Birinci xanımın səhifəsində qeyd olunub:

“Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin”.