Fırıldaqçılıq Hadisəsi

Fırıldaqçılıq Hadisəsi

Türkiyənin məşhur müğənnisi Hadise bu dəfə saxta sənədlərlə hədəfə alınıb.

OLAY yazır ki, İbrahim Aykut B. adlı bir şəxs, onun banka hesabları və daşınmaz əmlaklarını ələ keçirməyə çalışıb.

İbrahim Aykut saxta sənədlər təqdim edərək Hadise adına olan hesab və əmlaklara çıxış əldə etməyə çalışıb. Lakin bank əməkdaşları şübhəli hərəkətlərin vaxtında fərqinə varıb və fırıldaqçılıq cəhdinin qarşısını alıblar.

Maraqlıdır ki, həmin şəxs 2024-cü ildə məşhur aşpaz Nusret Gökçe ilə bağlı da eyni üsulu tətbiq etmiş və 200 min TL-ni onun hesabından çıxara bilmişdi.

Hadisə zamanı ifaçı maddi zərər görməyib. Bankanın operativ müdaxiləsi bu cəhdin qarşısını alıb və məsələ hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb.