Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan anasının vəfatından sonra ilk dəfə efirə çıxıb.
Milli.Az xəbər verir ki, Canan "Səhər görüşləri" verilişində qonaq olub. O, veriliş zamanı kövrələrək bunları söyləyib:
"Sənətkar üçün darıxmaq lazım deyil, o, hələ də var, həmişə olacaq. Mən sənətkar üçün yox, anam üçün darıxıram. Mən anasız qalan tək uşaq deyiləm. İstəmirəm, içimdə, ailəmdə, ürəyimdə olanları bütün Azərbaycanın qarşısına çıxaraq ki, mənə yazıqları gəlsin. Çox insan tanımışam ki, onlar da mənim keçdiyimdən keçiblər. Mən yaşadıqlarım onların yaşadığından nə azdır, nə də çox. Hər uşağın, hər kəsin öz ürəyi var, ürəyi ağrıya bilər. Bu, o demək deyil ki, bir insanın ağrısı başqasından çoxdur, ya da azdır. Mənə elə gəlir ki, burada mənası yoxdur, oturub anam rəhmətə gedib, Aygün Bəylər rəhmətə gedib deyə danışaq. Çünki o, ölməyib, yaşayır". /olay.az
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20250529001') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-68ac343ccc064');Milli.Az