"Sabah da adamın yanından elə keçirlər, sanki alçaq dağları bunlar yaradıb".
Milli.Az yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Aydın Sani "Tarixin bir günü" verilişində deyib.
Sənətçi geyimini bilməyən xanım müğənnilərlə bağlı qalmaqallı fikirlər səsləndirib:
"Pijama"da efirə çıxmaq nə deməkdir? Camaat zibilini atmaq üçün bloka belə o geyimlə çıxmır.
Sən xalqımın düşüncəsi ilə oynayırsan? Bunu deməliyk. Sonra adama deyirlər, sən niyə susursan? Axı sənin danışmaq haqqın var.
Bir az özünüzə gəlin, özünüzü yığışdırın. O qədər ədəbi-əxlaqı ilə seçilən xanım müğənnilərimiz var ki...
Mən hərdən onları qınayıram. Deyirəm, siz meydanda deyilsiniz, meydanı vermisiniz onlara.
Onlar da hoppanıb-düşürlər, gündəmə gəlirlər. Sabah da adamın yanından elə keçirlər, sanki alçaq dağları bunlar yaradıb".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun