“Liatris Holdinq”in rəhbəri Ruhiyyə Əliyeva Barselonaya yollanıb.
OLAY yazır ki, iş xanımı səfəri ilə bağlı təəssüratlarını izləyiciləri ilə bölüşüb:
“Barselona dedikdə ağla ilk gələnlərdən biri Müqəddəs Ailə (Sagrada Familia) kilsəsi və Park Guelldir. Çox maraqlı tarixləri var. Hər ikisinin də memarı Antonio Qaudidir. Sagrada Familianın inşasına 1882-ci ildən başlanılsa da hələ də tamamlanmayıb, amma 2026-ci ildə Antonio Qaudinin 100-cü ildönümündə tamamlanması planlanır. Park Guell isə Barselonanın ən təpəsində yerləşən, xalq arasında “Nağıl Parkı” olaraq da adlandırılan bir parkdır. 1900-cu ildə Eusebi Güellin sifarişi ilə inşasına başlanılıb. Parkın təbiətlə vəhdəti insanı valeh edir. Bir sözlə bura gəlib hər iki memarlıq abidəsini ziyarət etməmək olmaz. Yolunuz buradan keçərsə, mütləq siz də gəlin”.