Müğənni Aysun İsmayılova sosial media hesabında növbəti paylaşım edib.
Milli.Az bakivaxti.az-a istinadən xəbər verir ki, ifaçı son zamanlar sosial mediada gündəm olan videosundan danışıb.
O, ailəsindən olmayan heç bir bəylə şəkil çəkdirmədiyini deyib: "Bir video var, sosial şəbəkədə yayılıb. Videoda bir bəy mənimlə şəkil çəkdirmək istəyir. Əlini uzadır, mən icazə vermirəm. Mən bəylərlə də şəkil çəkdirirəm. Amma sarmaş-dolaş şəkil olmaz. Məni yaxından tanıyan adamlar bilir ki, mən ailəmdən, doğmalarımdan olmayan bir bəyə mənimlə əl görüşməyə heç vaxt icazə verməmişəm. Buna icazə vermərəm də".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun