Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uest "X" hesabında gələcək planlarından yazıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi Yaxın Şərqdə "DROAM" adlı nəhəng şəhər qurmaq istədiyini bildirib.
O, şəhərin 40,5 min hektar ərazini əhatə edəcəyini qeyd edib. Bu da Nyu-Yorkdan təxminən iki dəfə böyükdür.
Kanye tikintinin dəqiq harada planlaşdırıldığını isə açıqlamayıb.
Reper hazırda menecerlər, inşaatçılar, memarlar və podratçılar axtarır.
Milli.Az