Özgü Namala ŞOK: ARAŞDIRMA BAŞLADI

Özgü Namala ŞOK: ARAŞDIRMA BAŞLADI

Uzun müddət karyerasına fasilə verən aktrisa Özgü Namalın bu yaxınlarda ekranlara çıxan "Qızıl qönçələr" serialı barədə RTÜK (Radyo ve Televizyon Üst Kurulu) araşdırma aparmağa qərar verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, buna səbəb layihədəki bəzi səhnələr olub. RTÜK sədri Əbubəkir Şahin FOX TV-də yayımlanan serialla bağlı sosial mediada açıqlama yayıb.

O, bildirib ki, sözügedən səhnələrlə bağlı quruma çoxlu şikayətlər daxil olub. Həmçinin "Qızıl Qönçələr" serialının İstanbulda asılan afişalarına qara boyalar atılıb.

"Vətəndaşlarımızın FOX TV-də yayımlanan seriallarla bağlı şikayətləri "qaynar xət"də həssaslıqla qeydə alınır. Bütün şikayətlər sözügedən idarə heyətinin yüksək səviyyəli ekspertləri tərəfindən araşdırılır", - Əbubəkir Şahin qeyd edib.

Qeyd edək ki, baş rollarda Özcan Dənizlə Özgü Namalın oynadığı "Qızıl Qönçələr" Atatürk tərəfdarı olan Levent və bir təriqətdə yaşayan Məryəmin taleyinin kəsişməsindən bəhs edir. Eyni zamanda inanc və fikir fərqliliyinə baxmayaraq, övladdan söz düşəndə analıq və atalığın birləşdirici gücü tərənnüm olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun