Oğlunun qanını özünə köçürtdü, arvadının yanında fahişə ilə... - Milyonçunun manyaksayağı həyatı - FOTO

Oğlunun qanını özünə köçürtdü, arvadının yanında fahişə ilə... - Milyonçunun manyaksayağı həyatı - FOTO

Gənc qalmaq üçün 19 yaşlı oğlunun qanını öz bədəninə köçürən və ən ağlagəlməz üsullara əl atan 46 yaşlı britaniyalı milyonçu Brayan Conson haqqında yeni iddialar ortaya çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Vanity Fair" jurnalı məlumat yayıb. Jurnalda milyonçunun şəxsi həyatının təfərrüatları qeyd olunub. Məlum olub ki, keçmiş nişanlısı Terin Sauzernə döş xərçəngi diaqnozu qoyulduqdan sonra Brayan ondan ayrılıb. Terin onu sonradan məhkəməyə verib və məhkəmənin qərarına əsasən qız ona borclu qalıb.

"The Vanity Fair" köşə yazarı məqaləsində qeyd edir ki, video zəng zamanı Conson ona ya "cizgi filmi" kuklasını, ya da "rəqəmsal Dorian Qreyi" xatırladıb. Milyonçu bu effektə ciddi rejim və həkimlərin daimi nəzarəti sayəsində nail ola bilib. Brayan adətən səhər saat 4:30-da oyanır və onun günü bədən yağının, əzələ kütləsinin və temperaturun standart ölçülməsi ilə başlayır. Bəzən o, MRT-dən də keçir. Bu yaxınlarda o, siçanların ömrünü uzatdığı sübut edilən bir terapiya olan follistatin qəbul etməyə başlayıb. Məşq etməzdən əvvəl Conson sağlamlıq kökteyli içir və təxminən 60 həb (damar və dəri üçün dərmanlar, bağırsaq poliplərinin qarşısını almaq üçün dərmanlar və digərləri) qəbul edir. Sonra bir saat ərzində yüksək tezlikli elektromaqnit stimullaşdırıcı cihazdan istifadə edərək təxminən 30 müxtəlif məşq edir.

Diqqətlə düşünülmüş səhər yeməyi və naharını 9:00 və 11:00-da qəbul edir. Rasionu vegetarian yeməklərindən ibarətdir, tərkibi testlərdən asılı olaraq dəyişir. Bundan sonra daha 40 tablet atır. Sonra ac qalır və axşam saat 8:30-da yuxuya gedir. 30 həkim Brayanla birlikdə yaşayır və onun sağlamlığına hər cəhətdən daim nəzarət edir. Milyonçunun bağırsaqlarının şəkilləri çəkilir (onlardan artıq 33537-si var), yuxu arteriyasının qalınlığı və ürək döyüntüsü yoxlanılır, çanaq boşluğu elektromaqnit impulslarla stimullaşdırılır, gecələr onun ereksiyası qeydə alınır. Conson cinsi həyatına da xüsusi qayğı ilə yanaşır və həftədə üç dəfə o, cinsiyyət orqanının cavanlaşması terapiyasından keçir.

"Yaşamımızın məhdud olduğunu düşünən kəs nədən danışdıqlarını bilmir", - Conson jurnala açıqlamasında qeyd edib.

Şəxsi həyat

Brayanın keçirdiyi həyat tərzini nəzərə alsaq, onun şəxsi həyatını qurmasının o qədər də asan olmadığını təxmin etmək çətin deyil. "The New York Post" məqaləsində deyilir ki, Consonun tanışlıq saytındakı profili "Ehtiyatla irəliləyin" sözləri ilə başlayır. Conson sosial media səhifəsində potensial partnyor üçün bir sıra tələblər yerləşdirib, bunlara "planlı seks" və "qızın əsas prioritet olmadığını" qəbul etmək daxildir. Müsahibələrin birində milyonçu dürüst olmağa və onunla münasibətlərin mənfi tərəfləri barədə əvvəlcədən xəbərdarlıq etməyə üstünlük verdiyini qeyd edib. Buna baxmayaraq, Brayan Terin Sauzern ilə uzun və güclü bir münasibət qurmağı bacarıb, lakin bu, qalmaqalla başa çatıb.

Terin ilə tanışlıq

Consonla tanış olanda Tern artıq məşhur Yutub blogeri və "Happy Cat Media" konsaltinq şirkətinin yaradıcısı idi. O, texnoloji konfranslarda məruzəçi kimi çıxış edir, həm də müxbir kimi çalışır və "Today və Discovery" kanalı üçün verilişlər hazırlayırdı. Münasibətin qurulmasında təşəbbüskar Conson olub. Terinin dostlarının dediyinə görə, qızı fəal şəkildə təqib etməyə başlayıb. Onu Taxo gölünə aparıb və oğlu ilə tanış edib. Sonra cütlük birlikdə yaşamağa qərar verib. Sauzernin dostlarından biri milyonçunun hərəkətlərini "eşq bombası" adlandırıb. Hətta bunun gələcəkdə onun üçün problem yaradacağından şübhələnməyə başlayıblar. Çox keçmir ki, qızın tanışlarının şübhələri özünü doğruldur. Gözəl bir sevgi hekayəsi kimi başlayan münasibət olduqca mübahisəli hekayəyə çevrilir. Hər şey Consonun tədricən Sauzerni maddi cəhətdən tamamilə ondan asılı vəziyyətə salması ilə başlayır. O, qızı əvvəlki işindən imtina etməyə və şəxsi brendini inkişaf etdirməyə inandırır. Terin Brayan üçün çıxışlar yazır, təqdimatlar yaradır, media layihələrini inkişaf etdirdi - bunun üçün ildə təxminən 20 min dollar alırdı, bu da öz biznes qazancından (ildə təxminən 388 min dollar) xeyli az idi. Conson həmçinin Sauzerni milyonlarla baxışı olan ən populyar "YouTube" videolarını silməyə məcbur edib, çünki bu videoların onun imicinə xətər yetirdiyini iddia edib. Üstəlik o, qızın Los Ancelesdəki mülkünü də satmağa razı salıb.

Sonradan Brayanın Terinin həyatı üzərində nəzarəti daha da pisləşib: o, onun bütün məktublarını və yazışmalarını oxuyur, potensial "reputasiya risklərindən" qaçmaq üçün bütün keçmiş sevgililərinin siyahısını təqdim etməyi və onlarla cinsi təcrübələrini danışmağı tələb edirdi. Eyni zamanda, özünün başqa qadınlarla cinsi əlaqəyə girməli olduğunu söyləyib. Bunu isə o, sevgilisinə qarşı "dürüst olmaq" zərurəti ilə izah edib. Bir dəfə o, Nyu-Yorkdakı Bovery otelində bir otağa fahişə gətirib və Terin özünü yatmış kimi göstərərkən onun yanında onunla cinsi əlaqədə olub.

Brayandan ayrılıq Terin üçün sürpriz olub. Belə ki, qız xərçənglə mübarizə aparırdı, Conson isə qəfildən ayrılmaq istədiyini bildirib. Qızın dediyinə görə, sevgilisi xəstəliyindən xəbər tutanda ona heç dəstək olmayıb. Milyonçu həmçinin bildirib ki, Terin onu gözdən salmaq üçün xərçəngdən bəhanə kimi istifadə edir. Onlar ayrıldıqda, Conson qızın təkbaşına köçməsini israr edib və bir illik kirayəsini ödəməyi təklif edib. Lakin bunun müqabilindən ona hər hansı bir açıqlama verməyi qadağan edib. Terin sözlərinə görə, müqavilənin şərtlərinə görə, ən kiçik pozuntuda 500.000 ABŞ dolları məbləğində cərimə ödəməli idi. Müqavilənin ədalətsiz olduğunu düşünən Terin vəkili vasitəsilə Brayandan 1 milyon dollar tələb edib. Sonda müalicədən və Consonun kirayə verdikləri evin kirayə haqqını ödəməsini tələb edəcəyi ilə bağlı təhdidlərdən yorulan Terin nəhayət başqa bir müqavilə imzalamağa razılaşıb.

Remissiya dövründə Terin iş və perspektivlərinin itirilməsində Consonu ittiham edib, həmçinin psixoloji travmalara məruz qaldığı üçün məhkəmələr vasitəsilə ondan maddi təzminat istəyib. İttihamlarda qeyd olunub ki, Conson onun şöhrət qazanmasına kömək edəcəyi təqdirdə ömrünün sonuna qədər onunla birlikdə olacağına və qızı təmin edəcəyinə söz verib. Lakin sınaqların nəticəsi Terin üçün ağır olub. Keçmişdə Consonla onun işçisi kimi başqa müqavilə bağladığı üçün bütün bunlar Terinin təzminat almaqdan imtina etməsi ilə başa çatıb və əlavə olaraq, o, Brayan Consona 500.000 dollardan çox hüquqi xərclər ödəməli olub.

Conson ona qarşı irəli sürülən bütün ittihamları rədd edir. Onun sözlərinə görə, "MeToo" hərəkatının qurbanı olub.

"İndi mən dörd il işlədiyim və verdiyi vədlərə inandığım adama həyatımı dəyişdirən bir ödəniş etməliyəm. Xərçəng xəstəliyinə tutulduğum zaman məni tərk edən, dəstək vədlərini pozan, həm də məni təhqir edən və yalnız onun üçün faydalı olan bir müqaviləni imzalamağa məni manipulyasiya etdi" , - milyonçunun keçmiş sevgilisi iddia edib. ​

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun