Xalq artisti Aygün Kazımova yeni layihəsi haqda açıqlama verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Pop diva bu günlərdə pərəstişkarlarının ixtiyarına yeni mahnı və klip verəcəyini bildirib. Kazımova ekran işində rol alan rumın model Marian Draqan ilə kamera qarşısına keçib.
Müğənni "Qardaş ölkədə sevənlərim üçün yeni layihə hazırlayıram. Bu bir klipdir. Klipin yaradıcı heyəti ilə dəfələrlə çalışmışam" sözlərini deyib.
Marian isə "Hər kəsə təşəkkür edirəm. Bu işdən zövq aldım. Mahnı çox gözəldir. Belə bir işdə yer aldığım üçün xoşbəxtəm" sözlərini əlavə edib.
Qeyd edək ki, Türkiyədə lentə alınan ekran işi yaxın günlərdə təqdim olunacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun