Xəbər verdiyimiz kimi, aktrisa Özgü Namalla Özcan Dənizin baş rolda çəkildiyi "Qızıl qönçələr" serialı barədə RTÜK (Radyo ve Televizyon Üst Kurulu) araşdırma aparılmasına qərar verib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, serial heyəti daha bir xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, vəqflərdən icarəyə götürülmüş 2 məkanın çəkiliş icazəsi ləğv edilib.
Serial ətrafında qalmaqal yaranmasının səbəbi layihənin ilk bölümündə çəkilən qamçı səhnələri olub. Qəzəblənən izləyicilər RTÜK-ün qaynar xəttinə serialı şikayət etdikdən sonra təyin edilmiş məkanlarda çəkilişlərin aparılmasına icazə verilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun