Sərxandan Kamran Həsənliyə: “Pulla efirə çıxmaq irsi olaraq sizdən keçib”

Sərxandan Kamran Həsənliyə: “Pulla efirə çıxmaq irsi olaraq sizdən keçib”

"Yetər artıq! Kamran bəyin televiziya sahəsində peşəkarlığına, savadına kimsənin şübhəsi yoxdur, amma insanları və həmkarları bu qədər də aşağılamaq olmaz".

Milli.Az bakıvaxtı.aza istinadən xəbər verir ki, bu sözləri aparıcı, aktyor Sərxan Kərəmoğlu sosial media hesabındakı paylaşımında yazıb.

  • "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var" 

O, həmkarı Kamran Həsənlinin teleaparıcıları tənqid etməsinə qarşı çıxıb:

"Sizin gördüyünüz işlərin davamçılarıdırlar, niyə təəccüblənirsiniz? "Space" telekanalında efirə çıxardıqlarınız pulsuz idi? Ödəniş etmirdilər? "Sizin saat" və "Musiqili meydan" verilişlərinə hamı pulsuz çıxırdı? Ya mənim verilişimə pulsuz çıxırdılar? Televiziya sahəsində siz çox yararlı işlər görmüsünüz və vicdanı olan bunları dana bilməz. Amma siz elə həddə gətirmisiniz ki, gənc nəsil artıq sizə "Sən kimsən?" deyə müraciət edir. Pafoslu sözlərdən, fikirlərdən istifadə etməkdən bezmədiniz? Nə var, nə var bəlli küskün bir kütlənin damarından istifadə edib, yalançı sevgi qazanmaq naminə".

Bunlar çox davam edəcək?" deyən Kərəmoğlu Həsənliyə belə mövqedə olmağı yaraşdırmır:

"Çünki siz müasir Azərbaycan müstəqil televiziyasının ilklərindənsiniz. Əgər kimsə sizə söz veribsə ki, belə çıxışlar et, səni televiziya rəhbəri vəzifəsinə gətirəcəklər, bax, orasını artıq bilmirəm. Təki olsun! Amma "ATV"də, keçmiş "ANS"də etdiyiniz layihələr yaddaşlarda qalıb Mənim Kamran Həsənliyə tövsiyəm, televiziya mövzularını artıq bitirsin".

Gənclərin efirlərə pul verməsinə və ödənişli efirə çıxmasına gəlincə, S.Kərəmoğlu bildirib ki, hələ Sovet dövründə belə senzuradan keçən mügənnilər rəsmi olmasa da, dəridən-qabıqdan çıxıb nələrsə də verirdilər:

"Pulla efirə çıxmaq irsi olaraq keçib, çox da "zad eləmə..."".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun